1. Ördək bütöv
2. Balaca kartoflar
3. Porey soğanı 300qr
4. Kök 150qr
5. Duz, istiot
6. Zeytun yağı 50ml
Ördək doğranılır, 800ml su ilə dolu qazana qoyulur, zəif qazda su çəkilənə qədər təxmini 1 saat qaynayır. Soğan və kök zeytun yağında biraz qovrulur. Daha sonra soğan, kök və yuyulmuş amma soyulmamış kartoflar ördək olan qazana suyu çəkiləndən sonra atılır. Qazanın ağzı falqa və ya qapaq ilə bağlanaraq sobada 50 dəqiqə 160-170 °C-də bişirilir.