Ördək Salatı

  • Hazırlanma Vaxtı: 10 dəq
  • Bişirilmə Vaxtı: 1 saat
Print

İçindəkilər:

1. Ördək filesi 200qr

2. Rukkola 75qr

3. Ağ küncüt 10qr

4. Soya sousu 30ml

5. Laym 1 bütöv

6. Portağal 300qr

7. Duz, istiot

Bişirilmə qaydası:

Ördəyin filesini üstləri qızarana qədər tavada bişiririk. Daha sonra 40 dəqiqə 180 °C-də sobada saxlanılır. Növbəti addımda ördək filesi dilim dilim doğranılır, rukkola və portağalın 250qr-ı doğranılır və qarışdırılır. Laymın və portağalın qalan 50qr-ının şirəsi sıxılır, soya sousu və duz ilə  qarışdırılaraq sous alınır. Sonda sousumuz ördək filesi, rukkola və portağala əlavə edilib qarışdırılır. Küncüt ilə istiot sonda üzərinə səpilir.

Digər Tariflər