Badam Sousunda Ördək

  • Hazırlanma Vaxtı: 20 dəq
  • Bişirilmə Vaxtı: 2 saat 30 dəq
Print

İçindəkilər:

Sous

1. Badam təmizlənmiş 200qr

2. Zeytun yağı 125ml

3. Duz, istiot

4. Limonun 1/4-nin şirəsi

 

Bişirilmə qaydası:

Badam zeytun yağında, yanmamaq şərti ilə qızarana qədər qovrulur. Daha sonra, duz, istiot və limon şirəsi əlavə edilir və blenderdən keçirilir.

 

Ördək

1. Bütöv ördək

2. Armud və alma təmizlənmiş, hər birindən 150qr

3. Portağal təmizlənmiş 150qr

4. Şaten soğanı 125qr

5.Yarım laym

6. Zeytun yağı 100ml, kərə yağı 50qr

 

Bişirilmə qaydası:

Tavaya zeytun və kərə yağları atılır, daha sonra soğan doğranılıb atılır və soğan özünü tutmamış tava qaz plitəsindən götürülür. Alma, armud və yarım laymın şırəsi, portağalın 1/4 hissəsinin şirəsi tavada qızardılan soğana əlavə edilir. Soyuyandan sonra duz və istiot vurulur. Növbəti addımda rozmarin və yuxarıdakılar ördəyin içinə salınır. Ördək folqa ilə bağlanılır. 1 saat ərzində sobada 160-170 °C-də bişirilir. Sobadan çıxarıb ördəyin dərisinə 1 qaşıq bal və 30ml zeytun yağı çəkilir və 1 saat müddətinə 170-180 °C-də yenidən sobaya salınır.

Digər Tariflər