Şirkət Haqqında

Qısa Məlumat

RANCHO MMC şirkəti quş əti növlərindən olan "Pekin Ördəyi" sortunun ekoloji təmiz şəkildə heç bir süni qatqı olmadan yetişdirilməsi ilə məşğuldur.
Şirkətin ferması Bakının Türkan qəsəbəsində, ümumilikdə 1 Ha-lıq ərazi daxilində yaradılmışdır. Ferma ərazisində ördəklərin yetişdirilməsi üçün bütün müvafiq infrastruktur yaradılmışdır, ərazidə aşağıdakı önəmli sahələr mövcuddur.

- Tövlə kompleksləri;

- Havalandırma, istilik, su və kanalizasiya sistemi;

- Kəsimxana, paketləmə aparatı və steril sahə;

- Soyuducu vahidi;

- Həyətyanı sahə (göl daxil olmaqla);

- Anbar və digər köməkçi sahələr.
 

Yaranma Tarixi

RANCHO MMC şirkəti 24 Aprel 2018-ci il tarixində Dövlət Reyestrindən Çıxarışa əsasən dövlət qeydiyyatından keçmişdir. Şirkət qısa müddətdə digər müvafiq dövlət qurumları ilə qeydiyyat işlərinə başlamış və lazımi sənədlər toplusu alınmışdır, xüsusilə Qida Təhlükəsizliyi Agentliyinə aid sənədlər.
MMC-nin bank hesablaşma hesabı "Paşa Bank"-da açılmışdır. Eyni zamanda şirkətin logo və məhsul etiketi də işlənib hazırlanmışdır. Təsdiqedici sənədlərin skan versiyaları əlavə olunur.
 

Məqsədimiz

Azərbaycanda "Pekin Ördəyi" sortuna marağın artırılması və bununla bağlı biznes fəaliyyətimizin genişləndirilməsidir.